18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar olub
Tarix: 25-08-2020 14:24 | Bölmə: Gündəm
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar olub

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq  AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər