Ermənilərin təxribatı nəticəsində 65 mülki şəxs həlak olub - Foto
Tarix: 24-10-2020 17:23 | Bölmə: Gündəm
Ermənilərin təxribatı nəticəsində 65 mülki şəxs həlak olub

Erməni təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər