Azərbaycanda daha 527 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib
Tarix: 26-10-2020 16:25 | Bölmə: Gündəm
Azərbaycanda daha 527 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 50 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8 397 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 814, ötən müddət ərzində isə ümumilikdə 1 298 348 test aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}