Ermənilərin Bərdəni raket atəşi: 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb
Tarix: 28-10-2020 14:31 | Bölmə: Gündəm
Ermənilərin Bərdəni raket atəşi: 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olub, bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Baş Prokurorluqdan Reyting.az-a bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər