Azərbaycanda bir gündə 20 nəfər koronavirusdan vəfat edib
Tarix: 12-11-2020 14:50 | Bölmə: Gündəm
Azərbaycanda bir gündə 20 nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 70216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17325 nəfərdir.

Ölkədə son sutka ərzində 117965, hazırkı dövrədək isə 1479638 test aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər