21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Rusiya XİN: "Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir"
Tarix: 19-11-2020 13:34 | Bölmə: Gündəm
Rusiya XİN: "Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir"

Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Dağlıq Qarabağdakı atəşkəs rejiminə riayət olunmasından danışan Rusiya XİN-in rəsmisi qeyd edib ki, əldə olunan razılığın sözsüz həyata keçirilməsinin icra olunmasını təmin etmək vacibdir: “Biz məmnunluqla bildiririk ki, Rusiyanın vasitəçilik səyləri dayanıqlı atəşkəsə nail olmağa imkan verib. Rusiya sülhməramlı qüvvələrinin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi, Ermənistan qoşunlarının isə Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər