17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident “Azərbaycan Sənaye Korporasiyası” ilə bağlı yeni fərman imzalayıb
Tarix: 03-12-2020 17:17 | Bölmə: Gündəm
Prezident “Azərbaycan Sənaye Korporasiyası” ilə bağlı yeni fərman imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi əmlakın ASK ilə yanaşı, dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}