21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şəhid anası Silahlı Qüvvələr Fonduna 11 min manat bağışlayıb - Foto
Tarix: 07-12-2020 22:58 | Bölmə: Gündəm
Şəhid anası Silahlı Qüvvələr Fonduna 11 min manat bağışlayıb

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası şəhid ailəsinə dövlət tərəfindən ayrılan birdəfəlik sığorthaqqını Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Reyting.az
saytı Modern.az istinadla xəbər verir ki, Yeganə Ədilova 11 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına təşəkkür edib.

Evin tək oğlu olan Məlik Vətən müharibəsinin ilk günlərindən döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.

19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər