Azərbaycanda daha 380 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib 
Tarix: 14-01-2021 19:11 | Bölmə: Gündəm
Azərbaycanda daha 380 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 950 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, ötən müddət ərzində isə ümumilikdə 2 295 612 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}