14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanda daha 305 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib 
Tarix: 19-01-2021 15:45 | Bölmə: Gündəm
Azərbaycanda daha 305 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib 

Azərbaycanda son sutkada koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada 10 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib. Hazırda 7 944 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, bu günə qədər isə ümumilikdə 2 328 507 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}