Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxub, ölənlər var
Tarix: 14-05-2021 16:48 | Bölmə: Gündəm
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxub, ölənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 3 328 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 494, ötən müddət ərzində isə ümumilikdə 3 368 394 test aparılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}