Pakistan Əfqanıstanın mövqelərinə zərbələr endirib
Tarix: 15-10-2025 08:27 | Bölmə: Dünya
Pakistan Əfqanıstanın mövqelərinə zərbələr endirib

Pakistan ordusu Xayber Paxtunxva əyalətində Pakistan sərhəd postlarına hücumdan sonra terrorçuların Əfqanıstandakı mövqelərinə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bu barədə “PTV” dövlət telekanalı ölkənin silahlı qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

Hərbi rəsmilərin bildirdiyinə görə, oktyabrın 14-ü axşam saatlarında “Taliban” yaraqlıları və Fitnə əl-Xəvaric qruplaşması Pakistanın Xurram əyalətindəki sərhəd-keçid məntəqələrinə səbəbsiz atəş açıb. Pakistan ordusunun cavab əməliyyatı zamanı “Taliban”ın bir nəzarət-buraxılış məntəqəsi və tank atəşi nöqtəsi məhv edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər