Prezident: "2023-cü ildə laçınlıları Laçına qaytaracağıq"
Tarix: 31-12-2022 23:58 | Bölmə: Gündəm
Prezident: "2023-cü ildə laçınlıları Laçına qaytaracağıq"

"Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq".

Reyting.az
xəbər verir ki, bu fikri prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

"Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir", - dövlət başçısı qeyd edib.

Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran Azərbaycan prezidenti bildirib:

“Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər