Fabinyo üçün “Liverpul”a 40 milyon təklif edəcəklər
Tarix: 13-07-2023 16:28 | Bölmə: İdman
Fabinyo üçün “Liverpul”a 40 milyon təklif edəcəklər

“Əl-İttihad” Fabinyo üçün “Liverpul”a böyük təklif göndərməyə hazırlaşır.

Reyting.az
bildirir ki, "The Athletic"in məlumatına görə, Səudiyyə klubu Fabinyonu 40 milyon funt-sterlinqə (təxminən 47 milyon avro) transfer etmək üçün konkret təkliflə "Liverpul"a müraciət etmək üzrədir. Qərarın tez olacağı gözlənilir - ya braziliyalı satılmasına razılaşacaq, ya da ərəblərin bu istəyi baş tutmayacaq.

"Liverpul" Fabinyonun ayrılacağı təqdirdə yarımmüdafiə xəttini gücləndirmək üzərində işləyir. Hədəflər arasında "Sauthempton"un yarımmüdafiəçisi Romeo Lavia da var.

Fabinyonun "Liverpul"la müqaviləsi 2026-cı ilə qədərdir.

O, "Əl İttihad"a keçərsə, bu yay heyətə qoşulan Kərim Benzema və N'Qolo Kante ilə birgə oynayacaq.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}