İsrail “Fələstin 2” raketləri ilə vurulub
Tarix: 10-09-2025 11:19 | Bölmə: Dünya
İsrail “Fələstin 2” raketləri ilə vurulub

Yəməndəki husilər İsrailin Ramon hava limanı və işğal altındakı Qüds bölgəsində həssas və həyati əhəmiyyətli hədəflərə qarşı uğurlu hərbi əməliyyatlar keçirib.

Reyting.az
xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilərin hərbi sözçüsü Yəhya Seri “X” sosial media platformasında əməliyyat barədə yazıb.

Seri bildirib ki, Husi silahlı qüvvələrinin raketləri çoxlu döyüş başlığı ilə təchiz edilmiş “Fələstin 2” hipersonik ballistik raketi ilə işğal altındakı Qüds ətrafındakı həssas hədəflərə qarşı əməliyyat keçirib.

“Əməliyyat öz məqsədinə uğurla nail oldu və sionist qəsbkarların öz sığınacaqlarına qaçması ilə nəticələndi”,- sözçü əlavə edib.

Seri həmçinin İsrailin cənubundakı Umm ər-Rəşra (Eilat) bölgəsində Ramon hava limanına və iki həyati hədəfə qarşı üç pilotsuz uçuş aparatı ilə uğurlu hərbi əməliyyat keçirdiklərini deyib.

Hücumların İsrailin Qəzzada Fələstin xalqına qarşı soyqırım və aclıq cinayətlərinə, həmçinin Yəmənə hücumlarına cavab olaraq həyata keçirildiyini qeyd edən Seri, Qəzzaya hücumlar dayandırılana və blokada qaldırılana qədər İsrailə qarşı əməliyyatların davam edəcəyini bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər