Polşa prezidenti: Komandanlıqla daima əlaqədəyəm
Tarix: 10-09-2025 11:25 | Bölmə: Dünya
Polşa prezidenti: Komandanlıqla daima əlaqədəyəm

Polşa prezidenti Karol Navroçki Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə bağlı müdafiə naziri və hərbi rəhbərliklə daim əlaqə saxladığını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə Polşa lideri özünün “X” hesabında yazıb.

“Mən Silahlı Qüvvələrin Əməliyyat Komandanlığında brifinqlərdə iştirak etmişəm. Tezliklə Milli Təhlükəsizlik Bürosunda hökumət başçısının da iştirak edəcəyi brifinq keçirəcəyəm. Vətənimizin təhlükəsizliyi əsas prioritetdir və sıx əməkdaşlıq tələb edir”, - Navroçki bildirib.

Xatırladaq ki, Polşa sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda hava hücumundan müdafiə və aviasiyasını yüksək hazırlıq vəziyyətinə salıb. Ukraynaya hücum edən dronların bir qismi sərhədi keçərək Polşaya daxil olub. Rəsmi Varşava sərhədi pozan dronları məhv etdiyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər