"Qarabağ" -"Linkoln" oyununa 12 min bilet satılıb
Tarix: 14-07-2023 17:48 | Bölmə: İdman
"Qarabağ" -"Linkoln" oyununa 12 min bilet satılıb

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı müəyyənləşib.

Klubdan Reyting.az-a verilən məlumata görə, qarşılaşma üçün 12 min bilet alınıb.

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. Azərbaycan təmsilçisi səfərdəki ilk matçda qalib gəlib - 2:1.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}