12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub
Tarix: 14-07-2023 18:00 | Bölmə: İdman
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Klubdan Reyting.az-a verilən məlumata görə, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Mütəxəssislərin hər biri ilə 2 illik müqavilə imzalanıb.

Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. Paytaxt təmsilçisi bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də Adrian Mutu ilə birlikdə çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}