Krım klubları Rusiya kubokunda oynamaqdan imtina edib
Tarix: 14-07-2023 21:06 | Bölmə: İdman
Krım klubları Rusiya kubokunda oynamaqdan imtina edib

Krım klubları 2023/24 mövsümündə Rusiyanın Fonbet Kubokunda iştirak etməyəcək.

Reyting.az
xəbər verir ki, Yaltanın “Rubin” futbol klubu Rusiya kubokunda iştirakdan imtina edib. Klub İkinci Liqada oynamaq qərarına gəlib.

Klubun prezidenti Kirill Şapoşnikov deyib ki, iyunun 6-da klub Milli Futbol Liqasında iştirak üçün sertifikasiyadan keçsə də, maliyyə və təşkilati baxımdan eyni vaxtda iki turnirdə oynamağı çətin hesab edirlər.

“Sevastopol”un baş direktoru Valeri Çalıy “Sport Express”-ə müsahibəsində bildirib ki, Rusiya kubokunda iştirakdan imtina etmək qərarına gəliblər. O, buna səbəb ki, resurslarının yoxluğunu göstərib.

V. Çalıy deyib ki, indi bütün diqqəti çempionata yönəldiblər: “Çünki çempionat maraqlı yarışdır, bizim üçün yenilikdir”.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}