“Fənərbağça” Xorvatiya millisinin qapçısını alır
Tarix: 14-07-2023 23:00 | Bölmə: İdman
“Fənərbağça” Xorvatiya millisinin qapçısını alır

"Fənərbağça" klubu dünya çempionatında göstərdiyi performansla diqqət çəkən Xorvatiya millisinin qapçısı, hazırda "Dinamo Zaqreb"in qapısını qoruyan Dominik Livakoviçlə danışıqları yekunlaşdırmaq üzrədir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, İstanbul klubu onun transferi üçün 9 milyon avro təklif göndərib.

Məlumata görə, "Dinamo" rəhbərliyi Livakoviç üçün 10 milyon avro istəsə də, 9 milyon avroya razılaşıb: "Böyük ehtimalla qarşıdakı həftədə tərəflər arasında imzalanma mərasimi keçiriləcək".

Xatırladaq ki, Dominik Livakoviç karyerası ərzində Zaqrebin “Dinamo”sunda 392 oyuna çıxıb. 28 yaşlı qapçı bu qarşılaşmaların 159-da qapısından top keçirməyib.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}