12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ərəblər "Qalatasaray"a 36 yaşlı futbolçu üçün 10 milyon avro təklif edib
Tarix: 14-07-2023 23:08 | Bölmə: İdman
Ərəblər "Qalatasaray"a 36 yaşlı futbolçu üçün 10 milyon avro təklif edib

Səudiyyə Ərəbistanı klubu "Qalatasaray"a 36 yaşlı Mertens üçün 10 milyon avro təklif edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, ərəblər belçikalı Dris Mertensin özünə də 2 illik müqavilə əsasında 20 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

Türkiyə mətbuatı yazır ki, "Qalatasaray" bu təklifə müsbət yanaşıb: "Türk klubu hələlik onun alternativini tapa bilmədiyi üçün nə təklifi göndərən klubun adını açıqlayır, nə də konkret fikrini deyir. Ancaq ümumilikdə təklif müsbət dəyərləndirilib. Sadəcə, "Qalatasaray" Mertensin alternativlərindən müsbət cavab alan kimi ərəblərə "hə" deyəcək".

Xatırladaq ki, 36 yaşlı futbolçu ötən mövsüm 33 matçda "Qalatasaray"ın formasını geyinib. Belçikalı futbolçu bu matçlarda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər