“Sumqayıt” daha bir futbolçu ilə anlaşıb
Tarix: 17-07-2023 10:58 | Bölmə: İdman
“Sumqayıt” daha bir futbolçu ilə anlaşıb

“Sumqayıt” daha bir futbolçu iləı anlaşıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}