12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Real” 2022/23 mövsümündə 12 milyon avro qazanıb
Tarix: 17-07-2023 20:21 | Bölmə: İdman
“Real” 2022/23 mövsümündə 12 milyon avro qazanıb

Madridin “Real” klubu 2022/23 mövsümünün maliyyə nəticələrini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, klub hesabat dövrünü 12 milyon avro gəlirlə başa vurub.

Transferlər nəzərə alınmadan gəlir 843 milyon avro təşkil edib və klubun 757 milyon avro qazandığı 2018/19 pandemiyadan əvvəlki son mövsümdə ilk dəfə gəliri üstələyib. Klubun gəlirlərinin əvvəlki mövsümlə müqayisədə 17 faiz artdığı qeyd edilir.

Klubun xalis borcu 263 milyon avrodan 47 milyon avroya endirilib.

“Real”ın öz kapitalı ilin sonunda 558 milyon avro təşkil edib. Klubun maliyyə vəziyyəti stabil qiymətləndirilir.

O da qeyd olunur ki, “Santyaqo Bernabeu”nun yenidən qurulması plana uyğundur. İşlərin əsas hissəsinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər