Parislilər bir futbolçu üçün iki oyunçu vermək istəyib
Tarix: 17-07-2023 22:01 | Bölmə: İdman
Parislilər bir futbolçu üçün iki oyunçu vermək istəyib

Parisin PSJ klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva üçün iki futbolçu - qapıçı Canluici Donnarumma və yarımmüdafiəçi Marko Verrattini təklif edib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, PSJ-nin bu təklifinə Mançester klubu ani imtina cavabı verib.

Məlumata görə, belə bir mübadilə ideyası PSJ-nin futbol məsləhətçisi Luis Kamposa məxsus olub. Buna baxmayaraq, Bernardo Silvanın "Mançester Siti"yə keçidi ilə bağlı danışıqlar davam edir.

Xatırladaq ki, 2022/2023 mövsümündə Silva "Mançester Siti"nin heyətində 55 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

Daha əvvəl "Barselona"nın Bernardo Silvanı almaq cəhdini dayandırdığı da məlum olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}