“Fənərbaxça” daha iki futbolçu ilə anlaşıb
Tarix: 17-07-2023 22:42 | Bölmə: İdman
“Fənərbaxça” daha iki futbolçu ilə anlaşıb

“Fənərbaxça” Duşan Tadiç, Ryan Kent, Edin Dzeko, Umut Nayir, Alexander Djiku və Sebastian Szymanski məşhur isimləri transfer etsə də, hələ də bu istiqamətdə dayanmaq bilmir.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu bu gün İtaliyanın "Udineze" komandasında çıxış edən məşhur brazilyalı oyunçu Rodriqo Bekao ilə də "əl sıxıb".

Məlumata görə, "Fənərbaxça"nın bu transfer üçün İtaliya komandasına 10 milyon avro ödəyəcək.

Bundan əlavə, İstanbul klubu Xorvatiya milli komandasının qapıçısı Dominik Livakoviçlə uzun sürən danışıqları müsbət yekunlaşdırıb. Məlumata görə, onunla 4 illik müqavilə bağlanacaq.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}