“Araz-Naxçıvan” yeni qapıçı ilə müqavilə imzalayıb
Tarix: 18-07-2023 11:38 | Bölmə: İdman
“Araz-Naxçıvan” yeni qapıçı ilə müqavilə imzalayıb

“Araz-Naxçıvan” yeni qapıçı ilə müqavilə imzalayıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.

32 yaşlı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Semir Bukviç son olaraq ölkəsində “Sloboda Tuzla”nın formasını geyinib. Klub daha əvvəl legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonla 1 illik sözləşmə imzalayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}