12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
UEFA Çempionlar Liqası: bu gün “Qarabağ”ın cavab oyunu olacaq
Tarix: 19-07-2023 08:36 | Bölmə: İdman
UEFA Çempionlar Liqası: bu gün “Qarabağ”ın cavab oyunu olacaq

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Reyting.az
xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu


19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)

Baş hakim: Eldorjan Hamiti (Albaniya)

Bakı Olimpiya Stadionu.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər