Səudiyyə klubu futbolçuya 60 milyon avro maaş təklif edir
Tarix: 21-07-2023 09:14 | Bölmə: İdman
Səudiyyə klubu futbolçuya 60 milyon avro maaş təklif edir

Lautaro Martinez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.

Bildirilir ki, Səudiyyə klublarından biri artıq futbolçunun agentinə təklif göndərib. Hücumçuya 4 illik müqavilə, mövsümə 60 milyon avro məvacib təklif olunur.

Argentinalı hələ Yaxın Şərq liqasına keçməyə razılıq verməyib. Ona görə də səudiyyəlilər hələ ki, “İnter”lə danışıqlar aparmır.

Qeyd edək ki, Lautaro ötən mövsüm A Seriyasında 38 oyuna çıxıb, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}