Necati Ateş: “Fatih Terimə Azərbaycandan təkliflər gəlir”
Tarix: 26-07-2023 13:41 | Bölmə: İdman
Necati Ateş: “Fatih Terimə Azərbaycandan təkliflər gəlir”

“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir”.


Bunu Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Necati Ateş yerli mətbuata açıqlamasında deyib.

Terimin “Qalatasaray”da köməkçisi olmuş mütəxəssis Azərbaycanda çalışmaq ehtimalını istisna etməyib: “Fatih Terim məşqçilik karyerasını başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”ın sükanı arxasına keçər. Amma ölkə xaricində çalışması da mümkündür. O, hər an karyerasını bərpa edə bilər”.

Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”la yanaşı, Türkiyə yığmasına, eyni zamanda, İtaliyada “Fiorentina” və “Milan”a da rəhbərlik edib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}