Premyer Liqa: I turun proqramı bəlli olub
Tarix: 26-07-2023 15:38 | Bölmə: İdman
Premyer Liqa: I turun proqramı bəlli olub

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün I turunun oyun cədvəli müəyyənləşib.

Reyting.az
xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaların keçirilmə gününü və başlama saatını açıqlayıb.

Mövsümə Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” avqustun 4-də elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edəcək.

Premyer Liqa

I tur


4 avqust (cümə)

17:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Tovuz şəhər stadionu

5 avqust (şənbə)

18:30. “Səbail” – “Sumqayıt”

“ASCO Arena”

21:00. “Qarabağ” – “Zirə”

“Azersun Arena”

6 avqust (bazar)

17:00. “Kəpəz” – “Neftçi”

Gəncə şəhər stadionu

20:00. “Sabah” – “Qəbələ”

“Bank Respublika Arena”.

Qeyd edək ki, aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə iyulun 31-də Tovuz və Gəncə şəhər stadionlarına yekun baxış keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}