18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Fənərbağça" "Marsel"lə danışıqları dayandırıb
Tarix: 31-07-2023 14:46 | Bölmə: İdman
"Fənərbağça" "Marsel"lə danışıqları dayandırıb

Türkiyə millisinin sağ qanad hücumçusu Cengiz Ünderi heyətinə cəlb etmək üçün bir sıra fədakarlıqları edən "Fənərbağça" Fransanın "Marsel" klubunun tez-tez dəyişən tələblərindən sonra danışıqları dayandırıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çengiz Ünder "Fənərbağça"nın 4 illik müqavilə və illik 2,7 milyon avro sabit maaş təklifini qəbul etsə də, formasını geyindiyi Fransanın "Marsel" klubu qeyri-müəyyən tələbləri ilə bu transferi dalana dirəyib.

Məlumata görə, "Marsel" klubu 10 milyon avro + bonuslar daxil ümumilikdə 11 milyon avroluq təklifə "hə" desə də, bir gün sonra "10 milyonun yarıdan çoxunun dərhal ödəyin" tələbi qoyub: "Bu tələbin mürəkkəbu qirumamış isə "Marsel" fikrini tamam dəyişib. Klub "Fənərbağça"ya "Çengiz Ünderi istəyirsinizsə, 11 deyil, 16 milyon avro ödəyəcəksiniz. Özü də hissə-hissə deyil, bəribaşdan və hamısı birdən ödəniş olmalıdır".

Türkiyə mətbuatı yazır ki, bu tələbdən sonra İstanbul klubu "Marsel"ə cavab vermədən danışıqları dayandırıb.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}