18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Fənərbağça" millinin futbolçusu ilə 4 illik müqavilə bağlayıb
Tarix: 03-08-2023 15:28 | Bölmə: İdman
"Fənərbağça" millinin futbolçusu ilə 4 illik müqavilə bağlayıb

"Fənərbağça" "Sassuolo"da oynayan Türkiyə millsinin üzvü Mert Müldürü heyətinə qatıb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, transfer üçün "Sassuolo"ya 2,5 milyon avro ödənilib və 24 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

İmzalanma mərasimindən sonra açıqlama verən futbolçu deyib ki, İstanbula gəlməkdən məmnundur:

"İlk növbədə belə böyük bir cameəyə gəldiyim üçün çox şadam. Ümid edirəm ki, bu, hamı üçün xeyirli olacaq. Mən çox şad və qürurluyam. Azarkeşlərimizlə görüşməyi səbirsizliklə gözləyirəm”.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}