Avstraliya DÇ-2034-ün ev sahibliyi üçün FİFA-ya müraciət edib
Tarix: 04-08-2023 12:35 | Bölmə: İdman
Avstraliya DÇ-2034-ün ev sahibliyi üçün FİFA-ya müraciət edib

Avstraliya 2034-cü ildə kişilər arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya müraciət ünvanlayıb.

Bunu Avstraliya Futbol Federasiyasının baş direktoru Ceyms Conson açıqlayıb.

Federasiya rəsmisi bildirib ki, qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikləri üçün bu qərara gəliblər: “Qadınlar arasında təşkil olunan mundialı digər yarışlar üçün tramplin kimi görürük. Diqqətimizi DÇ-2034-ə və 2029-cu ildə reallaşacaq klublararası dünya çempionatına yönəldəcəyik”.

Qeyd edək ki, hazırda Avstraliya və Yeni Zelandiyada qadınlar arasında dünya çempionatı keçirilir. Yarışa avqustun 20-də yekun vurulacaq(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}