18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın oyununun vaxtı və təyinatları açıqlanıb
Tarix: 04-08-2023 15:00 | Bölmə: İdman
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın oyununun vaxtı və təyinatları açıqlanıb

“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki ilk oyunlarının vaxtı və təyinatları açıqlanıb.

Məlumata görə, hər iki komanda avqustun 10-da rəqibini öz meydanında qəbul edəcək.

“Sabah”ın Serbiya klubu “Partizan”la “Bank Respublika Arena”da keçirəcəyi görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Ona həmyerliləri Levan Varamişvili və Zaza Pipia kömək göstərəcəklər. Matçın 4-cü hakimi Aleko Aptsiauri olacaq.

“Neftçi” isə Türkiyə təmsilçisi “Beşiktaş”ı saat 21:00-da 8-ci km stadionunda qəbul edəcək. Bu oyuna İsveçrədən olan hakimlər briqadası təyinat alıb. Lukas Fandrix baş, Conas Erni və Guillaume Mayre köməkçi hakim olacaqlar. Ehtiyat referi funksiyasını Lionel Tsçudi yerinə yetirəcək. Maraqlıdır ki, Lukas Fandrix bir həftə əvvəl “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”a Polşada 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanı idarə edib.

“Neftçi”nin “Beşiktaş”la səfər görüşünün vaxtı da müəyyənləşib. Avqustun 17-də İstanbulda baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}