Çempionlar Liqası: "Qalatasaray"ın qrupdan çıxma şansı son oyuna qalıb
Tarix: 29-11-2023 23:50 | Bölmə: İdman
Çempionlar Liqası: "Qalatasaray"ın qrupdan çıxma şansı son oyuna qalıb

Bu gün Çempionlar Liqasının A qrupunda "Qalatasaray" İstanbulda "Mançester Yunayted"i qəbul edib.

Reyting.az
xəbər verir ki, oyunda hesabı 11-ci dəqqidə ingilislər açıb. Bundan 7 dəqiqə sonra hesab 0:2 olub.

"Qaıatasaray" 29-cu dəqiqədə fərqi azaldıb - 1:2.

"Mançester Yunayted"in 55-ci dəqiqədə vurduğu daha bir qola 62-ci dəqiqədə "Qalatasaray" cavab verib - 2:3

70-ci dəqiqədə isə İstanbul klubu hesaba tarazlıq gətirsə də, bundan artığına gücü yetməyib.

Oyun bu hesabla yekunlaşıb.

Bu nəticədən sonra "Qalatasaray"ın qrupdan çıxma şansı son oyuna qalıb.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}