"Qarabağ"-"Qəbələ" qarşılaşması olacaq
Tarix: 04-12-2023 09:14 | Bölmə: İdman
"Qarabağ"-"Qəbələ" qarşılaşması olacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

Reyting.az
xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Görüşü Tural Qurbanov idarə edəcək. "Köhlən atlar" 29 xalla liderdir. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XV tur


19:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi:
Elgiz Abbasov.

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.(Report)




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}