"Sumqayıt" əcnəbi futbolçu ilə anlaşıb
Tarix: 22-02-2024 16:56 | Bölmə: İdman
"Sumqayıt" əcnəbi futbolçu ilə anlaşıb

“Sumqayıt” yeni futbolçu ilə anlaşıb.

Reyting.az
xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Cordan Rezabala ilə müqavilə imzaladığını açıqlayıb.

23 yaşlı ekvadorlu yarımmüdafiəçi ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}