Mahir Emreli: "Dinamo"da qalıb-qalmayacağım bəlli deyil"
Tarix: 13-05-2024 17:41 | Bölmə: İdman
Mahir Emreli: "Dinamo"da qalıb-qalmayacağım bəlli deyil"

"Klubda qalıb-qalmayacağım bəlli deyil. Amma doğru qərar nədirsə, onu da qəbul edəcəyik".

Bunu "Report"a açıqlamasında Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu yay transfer dönəmi ilə bağlı hələlik planının olmadığını bildirib: "Baxacağıq, hansısa klubla danışıq aparmırıq. Bu işlərlə agentlər məşğul olurlar. Mən isə öz üzərimə düşəni edirəm. Gözləyəcəyik".

Emreli üçüncü dəfə Zaqreb təmsilçisi ilə Xorvatiya çempionu olmasına da toxunub: "Önəmli olan da bu idi. İl ərzində fikrimizi buraya yönəltmişdik. Mövsümə o qədər də yaxşı başlamamışdıq. Rəqiblərdən bir neçə xal geri düşdük. Amma sonda çempionluğu əldə etdik. Bu il bizim üçün çox vacib idi. Qışadək komandam üçün əlimdən gələni etdim. Sonra zədə ilə üzləşdim. İndi yenidən qayıdıram. Ümid edirəm ki, son matçlarda şans qazanacağam və özümü yaxşı tərəfdən göstərəcəyəm".

Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}