Dünya çempionatı: cüdoçumuz qələbə qazanıb
Tarix: 23-05-2024 18:52 | Bölmə: İdman
Dünya çempionatı: cüdoçumuz qələbə qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Reyting.az
xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda kanadalı Şadi Elnahasa qalib gəlib.

Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.(Report)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib