Azərbaycan şahmatçısı ABŞ-dakı turnirin qalibi olub
Tarix: 10-06-2024 09:34 | Bölmə: İdman
Azərbaycan şahmatçısı ABŞ-dakı turnirin qalibi olub

Azərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-da keçirilən "Las Vegas International" turnirinin qalibi olub.

Reyting.az
-ın məlumatına görə, 32 yaşlı qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib.

V. Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci olub.

O, ötən il eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb:

"Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi".(Report)




Bölməyə aid digər xəbərlər