Portuqaliya çempionu Taylandda itkin düşüb
Tarix: 04-12-2024 14:53 | Bölmə: İdman
Portuqaliya çempionu Taylandda itkin düşüb

Portuqaliyanın bodibordinq üzrə çempionu Daniel dos Santos Taylanddakı Koh Panqan adasında yoxa çıxıb.

“Surtotal” xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial şəbəkələrdə məlumat paylaşıb.

O, idmançının artıq iki həftədir ki, Taylandda müəmmalı şəraitdə itkin düşdüyünü və bundan bir neçə gün sonra onun əşyalarını - pasportunu, pul kisəsini və təyyarə biletini ağacın altında tapdığını bildirib.

Portuqaliyanın Daxili İşlər Nazirliyindən durumun izlənildiyi və Portuqaliyanın Taylanddakı səfirliyi vasitəsilə idmançının ailəsi ilə əlaqə saxlanıldığı bildirilib(Report).




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər