15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalandırılıb
Tarix: 12-12-2024 14:14 | Bölmə: İdman
Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalandırılıb

AFFA İntizam Komitəsi müxtəlif liqalarda hakimləri təhqir edən futbolçu və məşqçilərin cəzalarını açıqlayıb.

Məlumata görə, Əvəzedicilər Liqasında çıxış edən "Zirə-2"nin üzvü Ramin Abdullayev "Kəpəz-2" ilə matçda ədalət təmsilçilərini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb, Bakı klubu 300 manat cərimələnib.

U-14 Liqasında "Metak"ın baş məşqçisi Zahid Tayıbov "Caspian"la görüşdə eyni hərəkətə yol verdiyindən 5 matçlıq cəzalanıb.

U-13 Liqasında "Zaqatala"nın baş məşqçisi Nəsib Əliyev "Kürmük"lə qarşılaşmada referiləri təhqir edib. Ona 5 oyunluq cəza verilib.

Eyni çempionatda "Şirvanovka"nın baş məşqçisi Habil Nurəhmədov UGİM (Siyəzən) komandası ilə dueldə, AFFA U-10 Liqasında "Ahmedoğlu"nun məşqçisi Bəxtiyar Salmanov isə "Muğan"la görüşdə hakimləri təhqir edib. Onların hər ikisinə 5 oyunluq cəza verilib.




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib
22-12-2024, 15:57 "Sabah" "Şamaxı"ya uduzub