"Adana Demirspor"un prezidenti istefa verib
Tarix: 10-02-2025 11:50 | Bölmə: İdman
"Adana Demirspor"un prezidenti istefa verib

Ötən gün "Qalatasaray"la oyunun 34-cü dəqiqəsində qəfil qərarla meydanı tərk edən "Adana Demirspor" komandasının prezidenti Bedirhan Durak istefa verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə Bedirhan Durak özü açıqlama yayıb.

B. Durak bildirib ki, artıq baş verən "oyunlar"dan yorulub: "Hörmətli "Adana Dəmirspor" azarkeşləri, oktyabr ayından bəri öhdəmə götürdüyüm sədrliyi layiqincə yerinə yetirmək üçün pulumdan, vaxtımdan və sağlamlığımdan daha çoxunu fəda edərək gecə-gündüz çalışdım. Mən həmişə klubumun xeyrinə olan dəstəyi vermişəm, eyni zamanda, sosial mediada dağıdıcı və bezdirici mesajları görməməzliyə vurmuşam. Artıq elə bir həddə çatdığımızı gördüm ki, girdiyimiz burulğandan çıxmaq mümkün deyil...".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib