12:36 / 12-02-2025
Sabah yağış yağacaq
Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir
Tarix: 12-02-2025 14:46 | Bölmə: İdman
Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın "Ximki" klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.

"Metaratings" xəbər verir ki, komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.

Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.

Qeyd edək ki, "Ximki" hazırda Rusiya Premyer Liqasında 18 oyundan 16 xalla 13-cü yerdə gedir(Teleqraf).




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib