“Mançester Siti” Premyer-liqanın lideridir
Tarix: 30-03-2019 18:58 | Bölmə: İdman
“Mançester Siti” Premyer-liqanın lideridir

İngiltərə Premyer-liqasının 32-ci turunda “Mançester Siti” səfərdə “Fulhem”i 2:0 hesabı ilə məğlub edib.

Reyting.az xəbər verir ki, qonaqların heyətində argentinalı hücumçu Sexio Aquero və portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva fərqləniblər.

Aquero 19 qolla bombardirlər siyahısının vahid lideridir.

Xosep Qvardiolanın komandası bu qələbədən sonra 77 xal toplayıb və “Liverpul”u keçərək birinci pilləyə yüksəlib.

“Fulhem” sonuncudan əvvəlki, 19-cu sıradadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}