Kataloniya derbisində “Barselona” qalib gəldi
Tarix: 30-03-2019 21:59 | Bölmə: İdman
Kataloniya derbisində “Barselona” qalib gəldi

“Barselona” İspaniya çempionatının 29-cu turunda öz meydanında “Espanyol”a 2:0 hesabı ilə qalib gəlib.

Reyting.az bildirir ki, hər iki qolu rəqib qapısından argentinalı hücumçu Lionel Messi keçirib.

Beləliklə, o, bu çempionatda vurduğu qolların sayını 31-ə çatdırıb.

Lider “Barselona” 69 xal toplayıb və ikinci sıradakı Madridin “Atletiko” kliubunu 13 xal qabaqlayır.

“Espanyol” 14-cü sırada qərarlaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}