“Napoli” “Roma”nı darmadağın etdi - Hesab
Tarix: 31-03-2019 19:48 | Bölmə: İdman
“Napoli” “Roma”nı darmadağın etdi

İtaliya çempionatında ikinci sırada olan “Napoli” səfərdə “Roma”nı 4:1 hesabı ilə məğlub edib.

Reyting.az xəbər verir ki, Karlo Ançelottinin komandası 63 xal toplayıb və lider Turinin “Yuventus”undan 15 xal geri qalır.

“Roma” turnir cədvəlində 6-cı sıradadır.

Paytaxt klubunun yeganə qolunu birinci hissəyə əlavə edilən 4-cü dəqiqədə onbirmetrlik cərimə zərbəsindən Dieqo Perotti vurub.

“Napoli”nin heyətində Arkadiuş Milik (2-ci dəqiqə), Dris Mertens (50-ci dəqiqə), Simone Verdi (55-cı dəqiqə) və Amin Yunes (81-ci dəqiqə) fərqləniblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}