“Liverpul” qalib gəldi, “Mançester Siti” Londondan məğlub ayrıldı
Tarix: 10-04-2019 00:54 | Bölmə: İdman
“Liverpul” qalib gəldi, “Mançester Siti” Londondan məğlub ayrıldı

Çempionlar liqası ¼ finalının ilk oyunları keçirilib.

Reyting.az xəbər verir ki, İngiltərənin “Liverpul” klubu öz meydanında Portuqaliya təmsilçisi “Portu” ilə qarşılaşıb.

Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Hesabı 5-ci dəqiqədə Nabi Keyta açıb. 26-cı dəqiqədə Roberto Firminyo fərqlənib.

Digər oyun Londonda baş tutub. “Tottenhem” digər İngiltərə təmsilçisi “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gəlib.

Yeganı qolu 78-ci dəqiqədə Hyuq -Min Son vurub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}