“Napoli” qalib gəldi, Mertens Maradonanın uğurunu təkrarladı
Tarix: 28-04-2019 17:55 | Bölmə: İdman
“Napoli” qalib gəldi, Mertens Maradonanın uğurunu təkrarladı

“Napoli” İtaliya çempionatının 34-cü turunda səfərdə “Frozinone”ni 2:0 hesabı ilə məğlub edib.

Reyting.az xəbər verir ki, hesabı 19-cu dəqiqədə belçikalı hücumçu Dris Mertens açıb.

Mertens bununla əfsanəvi argentinalı Dieqo Maradonanın “Napoli”nin heyətində Seriya A-da vurduğu qolların sayını bərabərləşdirib.

Onlar 81 qol vurublar və 3-4-ccü yerləri bölüşürlər. Maradona və Mertensi 102 qolla Antonio Boyak və 100 qolla Marek Qamşik üstələyir.

“Napoli” 70 xalla ikinci sıradadır və çempionluğu təmin edən Turinin “Yuventus” klubundan 18 xal geridədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}