Meydandan qovulan futbolçu işıqları söndürdü
Tarix: 29-04-2019 14:03 | Bölmə: İdman
Meydandan qovulan futbolçu işıqları söndürdü

İngiltərənin həvəskar komandalarının oyununda qəribə hadisə baş verib.

Reyting.az xəbər verir ki, futbolçulardan biri stadionun işıqlarını söndürüb.

Hadisə “Kidlinqton” və “Çeltenhem Sarasenz” klubları arasında keçirilən oyunda qeydə alınıb.

“Kidlinqton”un oyunçusu Culius Muraqa 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib. Bundan sonra stadionun işığı sönüb.

Sonradan müəyyənləşdirilib ki, işığı Muraqa söndürüb. O deyib ki, bunu etmək istəməyib, meydandan qovulandan sonra guya səhvən duş üçün düymə əvəzinə işıq üçün düyməni basıb.

Beş dəqiqə sonra oyun yenidən bərpa olunub, “Çeltenhem” 3:1 hesabı ilə qalib gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}